GREY GOOSE 0,5L

86,00 

Описание

Araq Grey Goose 0.5 l

Rəngi: Mükəmməl şəffaflığa malik araq.

Dadı: Beşqat distillə yolu ilə əldə edilən bu araq çox incə, yumşaq və yuvarlaq bir dada malikdir. Arağın yüngülcə yağlılığı onu içənin damağından bir müddət getmir.

Qoxusu: Bu arağın mürəkkəb və yuvarlaq ətrində zərif badam peçenyələrini xatırladan şirintəhər çalarlar var.

Qastronomik istifadə: Bu araq kokteyllər üçün əla bir əsasdır. Həmçinin onu soyuq halda və ya buzla birlikdə içmək olar. Özünün çox yumşaq dadı sayəsində o, incə Fransız mətbəxi ilə yaxşı uyğunlaşır: fua-qra, incə dana əti, ratotuy, qurbağa ayaqları, burqund ilbizləri, dəniz ilbizi və xərçəng. Qəlyanaltı kimi zeytundan istifadə olunur.

Maraqlı faktlar

Grey Goose arağının dadı dünyada ən incə ləzzət hesab olunur. Bu məhsul ultra premium kateqoriyalı spirtli içkilər arasında liderdir. İştirak etdiyi ilk World Spirits Championship 1997 müsabiqəsində bu araq World’s Best Tasting Vodka adını və platin medalını qazanıb. Və cəmi bir neçə il sonra, yəni 2001-ci ildə bu araq ultra premium içkilər sinfində qızıl medal qazanır. Bu arağın unikal resepti onun müəllifi Sidney Frank tərəfindən konyakın və ən yaxşı şərabların vətəni olan Fransada yaradılıb. Ustalar inanılmaz dada malik ləzzətli bir içki hazırlayıblar. Bütün istehsal prosesi Konyak əyalətində aparılır. Spirtin istehsalı üçün yalnız ən keyfiyyətli buğda, çovdar və arpa istifadə olunur. Bu dənli bitkilər Fransanın ekoloji cəhətdən təmiz bölgələrində yetişdirilir. Spirt ona xüsusi bir incəlik və yüngüllük verən beşqat distillə prosesindən keçirilir, Fransız Alp dağlarından götürülən buzlaq suyu isə bu içkiyə təravət verir. 2007-ci ildə Rusiya bazarına daxil olan Grey Goose öz yüksək keyfiyyəti ilə dərhal nüfuz qazanıb.

Детали

Вес 0,5 кг
Çəki

, ,

Tündlük, %

Отзывы

Отзывов пока нет.

Будьте первым, кто оставил отзыв на “GREY GOOSE 0,5L”

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *